Ukrayna PUA-sı Rusiyanın 230 kilometr daxilinə uçaraq KALUQANI BOMBALADI 

17:35 08.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna hərbi qüvvələri Rusiya ərazisinə pilotsuz uçan aparatlarla zərbə endirib. 

Hafta.az-ın yerli mənbələrə istinadən yazdığına görə, hücum Rusiyanın Kaluqa vilayətindəki Şaykivka aviabazasına edilib. Sözügedən hərbi baza Ukrayna - Rusiya sərhədindən təxminən 230 kilometr uzaqda yerləşir.

Bazanı pilotsuz uçuş aparatı ilə bombalayan Ukrayna qüvvələrinin Rusiyanın 2 ədəd "TU-22M3" döyüş təyyarəsini məhv etdiyi bildirilir. Ukrayna qüvvələrinin hücumu hansı tip PUA ilə həyata keçirdiyi məlum deyil.

Digər tərəfdən, Rusiyanın "İnterfaks" xəbər agentliyinin məlumatına görə, xaricdən uçarkən Rusiyaya daxil olduğu güman edilən pilotsuz təyyarə Kaluqa bölgəsindəki hərbi hava bazasına düşüb.

Kaluqa qubernatoru Vladislav Şapşa bölgədə pilotsuz təyyarənin qəzaya uğradığını təsdiqləyib. Amma o, hadisə zamanı itkilərin olmadığını bildirib.

Siyasət rubrikasından digər xəbərlər